21 Fevral 16:43
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar toylarda namaz qılmaq dəb halını alıb. Birinci dəfə deyil ki, bu cür halları görürük.

Bunu Teleqraf.com-a açıqlamasında ilahiyyatçı alim, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bu cür hallara şahid olduğunu bildirib: “Bu insanlar toya gələnlərə namazı təbliğ etmək istəyirlər. Anlaşılan budur. Bunu doğru hesab etmirəm.

Əgər namaz qılmaq istəyirlərsə, şadlıq evinin başqa otaqlarında da namaz qıla bilərlər. Yəni namazı təbliğ etmək üçün şadlıq evlərində bu formada nümayişkaranə şəkildə namaz qılmağı doğru saymıram. Hər bir müsəlman namaz qılmalıdır. Amma toyun ortasında bu formada addımın atılması insanlar tərəfindən birmənalı qarşılanmır. Həmçinin geniş müzakirəyə səbəb olur.

Düşünürəm ki, dindar, ibadət əhli olan qardaşlarımız bu reallığı nəzərə almalıdırlar. Əvvəlcədən danışıb, şadlıq evinin başqa boş ərazisində namaz qıla bilərlər. Bu formada nümayişkaranə şəkildə namaz qılmağa ehtiyac yoxdur”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər