24 Fevral 15:52
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Teleqraf.com xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən iclasda elan olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər