Müğənni Leyla Ramazanlının yeni klipi işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, müğənninin budəfəki klipi popuri mahnısına çəkildiyindən "Popuri" adlanır.
Leyla Ramazanlı ifasında məşhur bəstəkar və xalq mahnılarından istifadə edib:
"Bundan əvvəl də popuri üslubuna müraciət etmişdim. Növbəti dəfə yenidən bu üslubda ifa hazırlayıb, rəngarəng, yeni formada klip çəkdirdim.
Qeyd edim ki, budəfəki klipimin də rejissoru Nail Naiboğludur. Onun işlərini bəyəndiyim üçün yeni klipimi də ona həvalə etdim. Klipin prodüseri Kamran Aydınov, aranjimanı Bəxtiyar Həsən, Anar Farizoğludur".