26 Fevral 13:20
4 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşı Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı Rusiyadan sorğu alsaq da, bir neçə saat sonra sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan daxili işlər naziri Vahe Qazaryan deyib.

Onun sözlərinə görə, sorğunun vaxtında cavablandırılmasına baxmayaraq, Rusiyanın hüquq mühafizə orqanları Kamil Zeynallını sərbəst buraxıblar.

“Bizdə başqa axtarışda olan şəxslər də var ki, onları da tutub azad ediblər, bəlkə sizin də xəbəriniz var”, - nazir bildirib.

Qazaryan məsələ ilə bağlı fəaliyyətlərini davam etdirdiklərini açıqlayıb.

İdmançı Kamil Zeynallı ötən həftə Moskvada saxlanılıb. Məlumata görə, o, Ermənistanın sorğusu əsasında saxlanılıb. Ermənistana təhvil veriləcəyi iddia edilən Zeynallı bir neçə saat sonra sərbəst buraxılıb.

Kamil Zeynallı barəsində qondarma ittihamlarla Ermənistanda “cinayət işi” açılıb, “beynəlxalq axtarış” elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər