29 Fevral 15:26
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızılca ilə bağlı çox suallar olur. Elm və Təhsil Nazirliyini bu məsələ ilə bağlı maraqlandıran təhsil müəssisələrinin fəaliyyəti ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, xəstəliklə əlaqəli məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil:

"Son aylar ərzində yoluxmanı izləyirik, müvafiq dövlət qurumları ilə əməkdaşlıq edirik. Məktəblərin fəaliyyətini dayandırması və ya onlayn olması məqsədə müvafiq deyil. Təhlillər göstərir ki, azyaşlı uşaqlar arasında istər yoluxma, istərsə də az sayda ölüm halı olması digər xəstəliklərlə bağlıdır. Peyvəndləmənin statistikası dəyişmirsə, məktəbi bağlamağa ehtiyac yoxdur. Sadəcə məktəbi bağlayıb uşaqları təhsildən uzaqlaşdırmış olarıq. Uşaqlara vaxtında peyvəndləmə olmadıqda bir neçə ildən sonra belə reallıqla üz-üzə qalırıq. Ümumtəhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır və məktəblərin bağlanması gündəmdə deyil".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər