29 Fevral 16:11
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 6 fakültə - pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq.

Nazir bildirib ki, əməkhaqqının orta göstəricidən artıq olması nəzərdə tutulur:

"Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Ağdam və Şuşadan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssisləri də orada görməyi çox istəyirik".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər