6 nömrəli tam orta məktəbdə ikinci sinifdə oxuyan şagirdin valideyni iddia edirdi ki, 13 yaşlı uşaq onu cinsi qısnamaya məruz qoyub. Bu məsələ ilə bağlı işlər aparıldı və nəticədə heç bir sübut olmadı.
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, qanun hər şeydən üstündür: "Əgər kiminsə aqressiv emosiyaları varsa, onu məktəbdən, təhsildən çıxmamalıdır".
Emin Əmrullayev valideynlərə övladları barədə məktəbə vaxtında məlumat verməyi, 2-3 ay gözləməməyi tövsiyə edib:
“Eləcə Şüvəlandakı hadisə də məktəbdə baş verməyib. Hazırda məsələni polis araşdırır, biz hamımız nəticəni gözləyirik. Gəncədə baş verən hadisə zamanı da məktəb kontingentinə aid olmayan şəxs məktəbli olmadığına görə təhsil müəssisəsinə buraxılmayıb. Yeniyetmələr arasında belə cinayət əməllərinə görə qanunvericiliyə uyğun iş aparılır”.