29 Mart 11:14
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri bildirib ki, Cenevrə şəhərinə səfər çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla da görüşüb.

Spiker qeyd edib ki, aparılmış müzakirələr zamanı davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib.


Müəllif: Tapdıq Qurbanlı