4 Aprel 10:45
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumatı “Bakı Metropoliteni” QSC yayıb.

Məlumata görə, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib.

Qeyd edilib ki, yaranmış problem qısa müddətdə aradan qaldırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər