Bakı İnzibati Məhkəməsində Nizami Aslanova "Müharibə veteranı" statusunun verilməsi ilə bağlı Müdafiə Nazirliyinə qarşı qaldırılan iddiasına baxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə e-huquq.az-a onun vəkili Toğrul Məmmədov bildirilib.
Vəkilin sözlərinə görə, məhkəmə iddianı təmin edib: "Nizami Aslanov 1992-ci ildə Ağdam-Cəbrayıl istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Döyüşlərdən sonra tərxis olunub. Müdafiə Nazirliyi ona "Müharibə veteranı" adı və vəsiqəsi verməkdən imtina edib. Məsələ ilə bağlı məhkəməyə müraciət edilib. İddia təmin olundu və 32 il sonra Nizami Aslanova veteran adının verilməsi məhkəmə tərəfindən təsdiqləndi".