Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanmış 2024-cü il üçün birgə tədbirlər planına uyğun olaraq, aparatın nümayəndələri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olublar.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.
Qonaqlar hospitalın müasir tibbi avadanlıqlarla təchiz olunan şöbələrində yaradılan şəraitlə yaxından tanış olub, burada müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibb xidmətinin təşkili və təminatla maraqlanıblar.
Nümayəndə heyətinə tibbi personalın gündəlik iş fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Aparat əməkdaşları göstərilən tibbi xidmətin səviyyəsini və müalicə işinin təşkilini yüksək qiymətləndiriblər.