7 May 11:15
226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin iclasları xüsusi əlamətdar tarixi günlərdə keçirilir. Üç gün sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyi qeyd ediləcək. Ulu Öndər Heydər Əliyev dünya miqyaslı lider, siyasi xadim olub.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü iclasında spiker Sahibə Qafaraova deyib.

O qeyd edib ki, Azərbaycan xalqının taleyi ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə bağlı olub: “Ulu öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çətinliklərdən çıxararaq bugünkü inkişaf mərhələsinə yükəldib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Cənab Prezidentin rəhbərliyi ilə Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib".


Müəllif: Tapdıq Qurbanlı