7 May 17:09
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.


Müəllif: Teleqraf.com