15 May 16:26
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qobuçay çayının Qəbələ rayonunun Bunud və Həzrə kəndləri ərazisindən keçən hissəsinin daşaraq məcrasını dəyişməsi və bəzi yerlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Regional Mərkəzin və aidiyyəti yerli qurumların qüvvələri tərəfindən məcrasını dəyişən çayın yatağının bərpa edilərək subasmanın qarşısının alınması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər