17 May 19:26
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda evdən kişi meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.

Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər