21 May 16:19
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub.

Saat 15:04 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 16-21, Aran rayonlarında 21-24, dağlıq rayonlarda 8-12 dərəcə isti olub.

***

09:41

Mayın 21-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Şamaxıda 15 mm, Altıağacda 7 mm, Astara, Qəbələ, Balakən, Sabirabad, Lerik, Biləsuvar, Qax, Ordubad, Gədəbəy, İsmayıllı, Quba, Qusar, Xaltan, Qobustan, İmişli, Lənkəranda 4 mm-dək olub.

Mayın 20-də saat 22:58-23:20 radələrində Zaqatala rayonuna diametri 11 mm olan dolu düşüb. Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 10-15, Aran rayonlarında 12, dağlıq rayonlarda 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər