21 May 10:31
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bəzi attraksionların istismarı dayandırılıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Şirvan şəhərində yerləşən “Füzuli parkı”nın ərazisində fəaliyyət göstərən fərdi sahibkar Səfərov Sənan Amil oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparıb.

Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Parkın ərazisində fəaliyyət göstərən 10 ədəd attraksionun rəsmi istismara qəbul sənədləri olmadan istifadə edildiyi, torpaqlanma müqavimətinin və yumşaq qidalandırıcı naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülməsinin aparılmadığı, dövri texniki müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.


Müəllif: Teleqraf.com