21 May 11:50
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edir.

O qeyd edib ki, insan alveri sahəsində kriminogen durum 2023-cü ildə də nəzarətdə saxlanılıb, bu cinayətin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət məqsədyönlü surətdə davam etdirilib.

Əzimov bildirib ki, ötən il, həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının tətbiqi ilə bağlı Əmək, Ailə, Cinayət-Prosessual və Cinayət məcəllələrinə, “Uşaq hüquqları”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Təhsil”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və s. qanunlarda dəyişikliklər edilib:

“Belə ki, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilən bəzi cinayətlərin (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri) yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilmiş, uşaqların cinsi istismarı ilə bağlı bir sıra cinayətlərə görə cəzalar sərtləşdirilib”.

***

Milli Məclisin yaz sessiyası üzrə plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər