21 May 12:34
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan alverini yaradan mənbələr mövcuddur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, yoxsulluq, müharibələr insan alveri üçün münbit şərait hesab edilir: “Vaxtilə Qarabağda mövcud olan separatizm yuvası insan alveri üçün də mərkəz idi. Bu gün ölkəmizdə insan alveri ilə yanaşı siyasi alver də var”.

Deputat bildirib ki, siyasi alverçilər bəzilərini xaricə göndərməklə dividentlər əldə edirlər: “Bəzi siyasi alverçilər arayış satmaqla guya onların ölkədə təzyiqə məruz qalması ilə bağlı əsassız xəbərlər verirlər. Fəvvarələr meydanında şəkil çəkdirib deyir ki, mən siyasi təzyiqə məruz qalmışam. Amma onların hamısı maşın alverçiləridir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər