21 May 13:05
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Orta dəhlizin məsuliyyətini tam şəkildə öz üzərinə götürüb. Qədim İpək yolunun bərpası ilə əlaqədar addımlar atılır.

Teleqraf.com xəbər verir bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, tək Rusiya ilə deyil, gələcəkdə Gürcüstanla da giriş-çıxış yollarının sayı artırılmalıdır: “Biz tək bir yolla gediş-gəlişlə kifayətlənməməliyik. Bu, orada yaşayan azərbaycanlılar üçün də müsbət addım olar. Həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınır, bizə bəzi şikayətlər gəlir ki, gecikirlər, məhsullar xarab olma dərəcəsinə çatır. Eyni zamanda Türkiyə ilə də belə yollar artmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər