22 May 13:02
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisinə su anbarının zədələnməsi nəticəsində su dolması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər