22 May 18:10
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Tik-Tok video platformasının təşəbbüsü ilə keçirilən #TikTokdanÖyrən kampaniyasının nəticələrinə yekun vurulub və qaliblər müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, layihənin cəmi iki ayında istifadəçilər 20 mindən çox maarifləndirici video yaradıblar.

Layihədə ölkənin hər yerindən, o cümlədən 22 mədəniyyət qurumundan, 14 teatr və 6 muzeydən, Azərbaycan Milli Kitabxanasından və “İçərişəhər” tarix-memarlıq qoruğundan istifadəçilər iştirak edib və maarifləndirici məzmun paylaşıblar.

Bu ilin əvvəlində Tik-Tok Azərbaycanda təhsil məzmununun inkişafını dəstəkləmək və ölkənin müxtəlif yerlərindən olan istifadəçilərə rahat qısa video formatında bilikləri paylaşmaq və üfüqlərini genişləndirmək imkanı vermək üçün Azərbaycanda #TikTokdanÖyrən təşəbbüsünü başladıb.

Müsabiqədə #TikTokdanÖyrən həştəqindən istifadə edərək ən azı 30 saniyəlik maarifləndirici videolar yaradan bütün Tik-Tok istifadəçiləri avtomatik olaraq iştirak ediblər. Layihənin nəticələrinə əsasən, ən yaxşı videoçarxların müəllifləri üç kateqoriya üzrə müəyyən edilib: Musiqi müəllimi @vusalsuleymanov_ tələbəsinə Lüdviq Bethovenin “Xəz Elizası” əsərinin yaranma tarixindən kreativ və ətraflı danışdığı video ilə “Ən kreativ video” nominasiyasında qalib olub. Və "TikTok-da kəşf" kateqoriyasının qalib müəllifi @abbasov__eziz olub - onun avtomobil təmiri ilə bağlı videoları müsabiqənin bütün müddəti ərzində ümumilikdə ən yüksək baxış sayı toplayıb.

Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olub. Bu tərəfdaşlığın bir hissəsi olaraq, hər biri Tik-Tok-da hesablar yaradan iyirmi bir mədəniyyət müəssisəsi layihəyə qoşulub. Məsələn, Xalça Muzeyi @nationalcarpetmuseum öz hesabında xalçaçılığın tarixindən, xalçaların əcdadlarımız tərəfindən necə yaradılmasından, eləcə də keçmişdə əvəzolunmaz olan məişət elementlərindən bəhs edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov layihə haqda danışıb: "#TikTokdanÖyrən layihəsinin nəticələri həqiqətən ümidvericidir. Ümid edirik ki, bu addımı yeniləri də izləyəcək və bu platformada mədəni məzmunun həcminin artması ilə birlikdə ölkəmizdə Tik-Tok istifadəçiləri arasında mədəniyyətə dəyər verənlər artacaq".

Şərqi Avropa və Mərkəzi Asiyada Hökumətlə Əlaqələr və Korporativ Əlaqələr üzrə Direktor Sergey Sokolov isə bunları əlavə edib:

"#TikTokdanÖyrən Azərbaycanda ilk genişmiqyaslı kampaniyamız olub, ölkədə təhsil məzmununun fəal şəkildə yaradılmasını və yayılmasını stimullaşdırmaq üçün nəzərdə tutulub. Azərbaycanın hər yerindən mədəniyyət müəssisələri, idmançılar, müəllimlər, kulinariya mütəxəssisləri və müxtəlif sahələrdən olan digər bilik sahibləri öz fikirlərini bölüşüblər. İki ay ərzində müxtəlif mövzularda məlumat və “lifehack”lərin Azərbaycanda istifadəçilərin böyük marağına səbəb olduğunu görürük - onlar həştəqlə 20 000-dən çox video yaradıblar - və TikTok-da təhsil məzmununun inkişafı üçün yüksək potensial var və biz cəmiyyətimiz yeni təşəbbüslərlə çıxış etməyə davam edəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər