23 May 19:04
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sıxlıq olan yollar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Aşağıdakı yollarda sıxlıq müşahidə edilir.

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, hər iki istiqamətdə;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Əbdülvahab Salamzadə küçəsi, hər iki istiqamətdə;

7. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

14. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.


Müəllif: Teleqraf.com