24 May 12:47
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfirliyinin və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Türk mətbəxi həftəsi" çərçivəsində "Türkiyə mətbəxinin tanıtımı" adlı proqram baş tutub.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı Türk mətbəxini tanıtmaqdan məmnuniyyət duyduğunu bildirib.

Səfir qeyd edib ki, "Türk mətbəxi həftəsi” ölkəmizin ənənələrini, zəngin mətbəxini dünyaya tanıdır.

Diplomat "Türk mətbəxi həftəsi" çərçivəsində keçən il Hatay mətbəxini, bu il isə Ege bölgəsinin mətbəxini təqdim etdiklərini vurğulayıb.

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç bildirib ki, "Türk mətbəxi həftəsi" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-dən 27-dək bütün dünyada keçirilir: ""Türk mətbəxi həftəsi" Türkiyə Cümhuriyyətinin himayəsində baş tutur. Yunus Əmrə İnstitutu da Mədəniyyət və Turizm Nazirliyinə bağlı qurum olaraq "Türkiyə mətbəxi həftəsi"ni nümayəndəlikləri olan ölkələrdə tanıtmağa çalışır. Bu il Bakıda Ege bölgəsinin mətbəxini tanıtmağa və təqdim etməyə çalışdıq. Məqsədimiz Türkiyənin zəngin yemək mədəniyyətini nümayiş etməkdir".

Səlçuk Karakılıç Ege bölgəsinin mətbəxini tanıtmaqla Egenin mədəniyyəti və turizminə diqqət çəkmək istədiklərini ifadə edib.

Qeyd edək ki, tədbirdə bir çox xarici ölkələrin səfirləri, ictimai-siyasi şəxslər və incəsənət nümayəndələri iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər