24 May 15:22
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Dalğıclar tərəfindən süni göldə batmış 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər