24 May 16:18
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkəmizdə biznes subyektlərinin və əhalinin kommunal xidmətlərə çıxışını köklü sürətdə asanlaşdıracaq kompleks tədbirlərin icrasını davam etdiririk”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov deyib.

Onun sözlərinə görə, Dünya Bank Qrupunun “Business Ready” layihəsinin kommunal xidmətlərə, o cümlədən su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı təkmilləşdirmə imkanları, yəni proseslərin optimallaşdırılması və elektronlaşdırılması istiqamətində imkanlar müəyyən edilib:

“Agentliyin internet səhifəsi vətəndaşlar üçün əlçatandır. Müraciət və şikayətlərin onlayn qəbulu üçün saytda xüsusi bölmələr hazırlanıb”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər