24 May 16:32
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda kommunal xidmətlərə əlçatanlığın təmin olunması, eləcə də bu sahədə çevik yanaşmanın formalaşması olduqca vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Su Şəbəkəsinə qoşulma" işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlərlə bağlı keçirilən 10-cu iclasında bildirib.

O deyib ki, məhz bu aspekti nəzərə alaraq 2022-ci ilin ortalarında Komissiyasının daxilində "Su Şəbəkəsinə qoşulma" işci qrupu yaradılıb.

“Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi işçi qrupu müvafiq sahədə biznes proseslərinin təhlil olunması və müasir çağırışlara uyğun adekvat eko sistemə nail olunması istiqamətində təkliflər hazırlanaraq təqdim edir", - deyə Şıxəliyev bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər