25 May 02:13
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.

Həmin xəbərlərdə artıq yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.

Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.

16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan qız hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.

Qeyd olunub ki, nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı yeniyetmənin valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.

Polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər