25 May 16:38
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədçilər İrandan Azərbaycana 12 kiloqram narkotikin keçirilməsinin qarşısını alıblar.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, may ayının 24-də saat 01:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kiloqram 748 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər