26 May 00:13
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kibercinayətkarlar “O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

O bildirilib ki, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir:

“Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər