27 May 11:01
245
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “3 iyun Ümumdünya Velosipedçilər Günü” ilə əlaqədar ilə Abşeron Milli Parkında velomarafon keçirilib.

Teleqraf.com xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı, Həmkarlar İttifaqı Komitəsinin və Abşeron Milli Parkının dəstəyi ilə baş tutan veloyürüşə 50-dən artıq TƏBİB əməkdaşı qoşulub.

Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar 12 km məsafə qət ediblər.

Tədbirin sonunda velomarafon iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər