27 May 21:55
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli professor, NTV kanalında yayımlanan "Açık beyin" verilişinin aparıcısı Sinan Canan Bakıda Nizami Kino Mərkəzində "INSUNx: Sağlam həyat, hüzur və xoşbəxtlik" adlı proqramda çıxış edib.

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç Teleqraf.com- açıqlamasında proqramın əhəmiyyətindən danışıb: "Sinan Canan azərbaycanlı gənclərə təlim keçərək öz təcrübələrini bölüşdü və onlara istiqamət göstərdi. Türkiyənin elm və intellektual adamlarını Azərbaycana dəvət etmək və iki ölkə arasında həqiqi və daimi dialoq yaratmaqda təsirli olan bu cür proqramlara davam edəcəyik. Hər sahədə olduğu kimi elm və mədəniyyət sahəsində də əməkdaşlığımız daha da inkişaf edəcək".

Professor Sinan Canan isə Azərbaycana gəlməsindən məmnunluğunu ifadə edib.

Sinan Canan "Azərbaycana çox gəlmək istəyirdim. Amma işlərimə görə gələ bilmirdim",-deyə vurğulayıb.

Qeyd edək ki, proqram Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutub. Təlimdə həkim Ayşə Duman və psixoloq Fərhad Aydın da iştirak edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər