2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 443 min 890 ABŞ dolları dəyərində 348 ton sarımsaq idxal edib.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 112 min 830 dollar və ya 34,1%, miqdar baxımından isə 94 ton və ya 36,8% çoxdur.
2023-cü ilin yanvar-mart aylarında 331 min 60 dollar dəyərində 255 ton sarımsaq idxal edilib.
1 kq sarımsağın orta idxal qiyməti 2023-cü ilin 3 ayına görə 2,17 manat olub ki, bu da qiymətlərdə 0.43 manat və ya 2% ucuzlaşma deməkdir.
Ötən ilin 3 ayının nəticəsinə görə 1 kq sarımsağın idxalı 2,21 manat təşkil edib.