20 İyun 11:54
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlumdur ki, yay aylarında havaların isti keçməsi insanların səhhətinə təsirsiz ötüşmür. Hər il dünyada minlərlə insan həddindən artıq istilər səbəbindən vəfat edir. Rəsmi statistikaya görə, Səudiyyə Ərəbistanında həcc zamanı istiyə görə 900 zəvvar ölüb. Azərbaycanda da hazırda yüksək temperatur müşahidə edilir. İsti hava səbəbindən Azərbaycanda ölüm halı qeydə alınıbmı?

Teleqraf.com məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyun ayı üzrə ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb:

“Onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub. Ölüm halı yoxdur”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər