22 İyun 15:25
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN-in Şimal-qərb Regonal Mərkəzi tərəfindən Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Qəbələ rayon Yanğından Mühafizə hissəsinin iştirakı ilə Qəbələ şəhərində fəaliyyət göstərən “Qafqaz Tufandag Mountain Resort” otelində təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd otelin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə və xilasetmə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, həmçinin tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Şimal-qərb Regonal Mərkəzinin xilasediciləri tərfindən isə oteldə “köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər