Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
"Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkiləri də bu şəkildə keçirildi və hesab edirəm ki, həmin standartlara uyğun təşkil olunacaq. Bu baxımdan Milli Məclisə seçkilər də çox böyük tarixi əhəmiyyət kəsb edəcək. Bizim fəaliyyətimiz çox böyük standartlarla həyata keçirilməlidir. Bizim fəaliyyətimizdə birinci maarifləndirmə məsələsidir”, - sədr bildirib.
O qeyd ki, bu seçkilər də tarixi əhəmiyyət daşıyan hadisə olacaq.