1 İyul 16:58
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri subasmaya məruz qalmış, Fövqəladə Hallar Nazirliyinin qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə həmin əraziyə cəlb edilmişdi.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər