4 İyul 15:25
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Silhalı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.

Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə general-leytenant rütbəsi verilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər