Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində yazıb.
“Gürcüstan hökuməti Rusiyanın xarici agentlər haqqında qanunu qəbul etməklə Avropa yolunu təhlükəyə atdılar. Daha sonra amerikalı tərəfdaşları təhqir etdilər. Hazırda bizim strateji tərəfdaşlığımız təhlükə altındadır. Müdafiə qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması strateji tərəfdaşlığımızın əsasını təşkil edir”, - o yazıb.
Xatırladaq ki, bu gün Pentaqon bəyanat verərək ABŞ-nin ikitərəfli münasibətlərə yenidən baxacağını və bu üzdən Gürcüstanla birgə "Noble Partner" hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə saldıqlarını bəyan edib.