15 İyul 13:17
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə qəbul imtahanlarını yekunlaşdırıb. Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün ixtisas seçimini avqust ayında elan edəcəyi bildirilir.

Teleqraf.com-un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə hələlik dəqiq tarixin bəlli olmadığını deyib:

“Bütün imtahan nəticələri elan olunduqda məlumat veriləcək”.

Qeyd edək ki, ötən il Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini avqustun 16-sı tarixində elan edib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər