16 İyul 09:12
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni” QSC-nin "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması üzrə işarə sistemi işə düşüb.

Teleqraf.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər