19 İyul 12:15
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin İctimai Səhiyyə Agentliyi COVID-19-a yoluxanların sayında kəskin artım olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, epidemioloq Maqnus Giesslenin sözlərinə görə, narahatlığa əsas yoxdur.

“SARS-CoV-2 virusu daim mutasiyaya uğrayır, bu o deməkdir ki, o, yeni insanlara, eləcə də əvvəlki infeksiyalara və peyvəndlərə qarşı immuniteti olan şəxslərə də keçə bilər. Omikronların meydana çıxmasından bəri, onların alt variantları yayıldı və indi bu ştammın immun sistemini aşmasını asanlaşdıran mutasiyaları olan iki variant artır və yayılır”, - epidemioloq bildirib.

Onun sözlərinə görə, vaksin orqanizmi yeni infeksiyalardan kifayət qədər zəif müdafiə edir, lakin ciddi xəstəliklərdən yaxşı qoruyur. O əlavə edib ki, yaşlı və zəif insanların yoluxma riski daha yüksəkdir: “Qeyd edim ki, 65 yaşdan yuxarı və 80 yaşını keçmiş, eyni zamanda, sağlamlıq problemləri olan insanlar ilboyu qorunmaq üçün ildə iki dəfə peyvənd olunmalıdır”.

Son məlumatlara görə, Danimarka və ABŞ-da da COVID-19-a yoluxma halları artır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər