22 İyul 12:25
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib. O qeyd edib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalıb" - deyə Baş prokuror qeyd edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər