24 İyul 20:07
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Komitəsinin sədri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyəti ilə tanış olub.

Teleqraf.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 24-də Bakıda yerləşən “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsini ziyarət edib.

Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşdə Ramin Məmmədov din xadiminə yeni fəaliyyətində uğurlar arzu edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq Azərbaycanda dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib.

Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb.

Görüşdə əməkdaşlıq məsələləri və onun inkişaf perspektivləri barədə ətraflı müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər