27 İyul 13:25
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB ötən illərlə müqayisədə bu il ilansancma ilə bağlı müraciətlərin sayının çoxaldığını açıqlayıb. Məlumatlara görə, yağıntının miqdarının artması ilanların yuvadan çıxıb yaşayış yerlərində daha çox görünməsinə səbəb olub.

Bəs ilan zəhərini zərərsizləşdirən zərdabın tapılması ilə bağlı vəziyyət nə yerdədir? İddialara görə, zərdabın saxlanılması çətin olduğundan, xüsusən regionlarda zərdab qıtlığı yaşanır. İlan sancan şəxslər əlavə ödənişlə zərdab axtarışına çıxırlar.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, ölkədə zərdab ehtiyatı kifayət qədərdir:

“Xəstəxanalarda, poliklinikalarda, təcili tibbi yardım briqadalarında, kənd tibb məntəqələrində zərdab var. İlansancmaları daha çox Aran rayonlarında, əsasən, Hacıqabul, Şirvan, İmişli, Şamaxı, Bərdə, Qazax, Tovuzda müşahidə olunur və bu rayonlarda lazımi qədər zərdab tapmaq mümkündür. Zərdab ilan sancmış vətəndaşlara pulsuz, heç bir ödəniş alınmadan, həkim nəzarəti ilə vurulur. Zərdab vurulmamışdan əvvəl nütləq sınaq aparılır”.

Şöbə müdiri vurğulayıb ki, ölkədə zərdab istehsal edilmir, lakin yaxın zamanlarda bu prosesin baş tutacağı gözlənilir.

Mələksəda Zeynallı

İradə Tağızadə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər