8 Sentyabr 08:13
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1985-ci il təvəllüdlü Qədirzadə Hürü Rza qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər