İlon Maskın qızı Viviyan Yena Vilson atasının onu döydüyünü deyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə xarici mətbuata müsahibə verib.
Yena Vilson İlon Maskın tez əsəbləşdiyini və narsist olduğunu deyib.
“O soyuqdur. Çox tez əsəbiləşir. Laqeyd və narsisistdir”
18 yaşına qədər Xavier Alexander adlı oğlan olan Viviyan gey olduğu üçün atasının uşaq ikən ona qarşı qəddar davrandığını deyib. Bundan əlavə, Maskın ona təzyiq etdiyi və daha kişi kimi görünməyə çalışmağı əmr etdiyini deyib.