26 İyul 23:11
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda anomal istilərə görə sabah saat 10:00-dan sonra ölkə üzrə bütün dövlət müəssisələrinin bağlanmasına qərar verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Hökuməti İnformasiya Şurası məlumat yayıb.

Məlumata görə, qərar ölkə daxilində anomal isti hava şəraiti səbəbindən əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün qəbul olunub.

İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatsa da, meteoroloji proqnozlara görə, sabah Tehranda havanın temperaturu 42 dərə civarında olacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər