4 Avqust 10:09
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədəndəki iltihab, ödem kimi problemlərdən xilas olmağın yolu sağlam qidalanmaqdan keçir. İstifadə edilən bəzi qidalar bədəndəki çirkli qanı təmizləyir. İltihab, ödem, toksinlər və şişkinlik kimi problemlərdən xilas olmaq üçün qidalanmanıza diqqət yetirməlisiniz. Qidalar bədəninizin sağlamlığına birbaşa təsir edir. Müəyyən qidaların istehlakını artırmaq həzm sisteminizi aktivləşdirir və bədəndə yığılan zərərli maddələrin asan xaric olunmasına kömək edir. Bu qidalar qaraciyərdəki yağları da təmizləyir.

Teleqraf.com xəbər verir ki, qaraciyər yağlanması gündən-günə artan sağlamlıq problemidir. Piylənmə və 2-ci tip şəkərli diabet xəstələri xaric, heç bir sağlamlıq problemi olmayan bir çox insanlarda qeyri-sağlam qidalanma səbəbindən qaraciyər problemi yarana bilər.

Elmi araşdırmalar göstərir ki, qablaşdırılmış qidalar qaraciyərin yağlanmasına gətirib çıxarır. Qaraciyərin sağlamlığını qorumaq və bədəninizdə iltihabı azaltmaq üçün bəzi qidalardan faydalanmaq mümkündür. Xüsusilə yağlı və həddindən artıq şəkərli qidalardan uzaq durmaq lazımdır. Bundan əlavə, spirtli içkilər qaraciyərdə yağ yığılmasına, iltihaba və qaraciyər xəstəliklərinə səbəb ola bilər. Siqaret də qaraciyər sağlamlığına zərər verən amillərdəndir.

Qaraciyərin sağlamlığına mənfi təsir göstərən dərmanlardan istifadədə ehtiyatlı olmaq lazımdır. Eyni zamanda artıq çəki də qaraciyərin sağlamlığına mənfi təsir göstərir. Hepatit B və C kimi viruslar da qaraciyəri zədələyirr.

Təmiz su içmək qaraciyərin sağlamlığını dəstəkləmək üçün tövsiyə olunan yollardan biridir. Daimi məşq bədən yağını azalda, insulin müqavimətini yaxşılaşdıra və ümumi sağlamlığı gücləndirə bilər.

İspanaq, pazı, brokoli və gül kələmi kimi yaşıl yarpaqlı tərəvəzlər qaraciyərə faydalıdır. Bu tərəvəzlər ümumiyyətlə yüksək miqdarda antioksidant ehtiva edir və qaraciyəri təmizləməyə kömək edir.

Limon, portağal və qreypfrut kimi sitrus meyvələri C vitamini ilə zəngindir. Vitamin C qaraciyərin detoksifikasiya prosesini dəstəkləyir və antioksidant xüsusiyyətlərə malikdir. Çiyələk, böyürtkən və moruq kimi C vitamini ilə zəngin meyvələr də qaraciyərə xeyirdir.

Mələksəda Zeynallı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər