Bakıda suyun olmadığı ilə bağlı kütləvi narazılıq var. Paytaxtın müxtəlif rayonlarında yaşayan vətəndaşlar günlərdir suyun kəsildiyini deyirlər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Oğuz-Qəbələ kəmərində təmir-bərpa işlərinin aparıldığını, həmin ərazidə geniş tərkibli yenilənmə işlərinin görüldüyünü açıqlayıb.
Teleqraf.com-a danışan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu Oğuz-Qəbələ su xəttində təmir-bərpa işlərinin tamamlandığını bildirib.
“ Artıq suyun bərpası ilə məşğul olunur. Oğuz-Qəbələ xəttinin üstündə Bakının 15-dən rayonu var. Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Suyun bütün evlərə gəlib çatmasında problem var. Oğuz-Qəbələ xəttindən əlavə xətlərlə şəhərə gələn su digər əraziləri qidalandırır".
O ətraflı məlumatı bir neçə dəqiqə ərzində yayacaqlarını qeyd edib.